Yuxarı

Meksikada restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb

Meksikada restorana silahlı hücum nəticəsində 6 nəfər ölüb
Daha bir neçə nəfər yaralanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Meksikanın Tlakepake şəhərində (Halisko ştatı) restorana silahlı hücum olub. Atışma nəticəsində azı 6 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli "Televisa" telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hücumda azı 12 nəfər iştirak edib.

Polis onların axtarışına başlayıb. Cinayətkarları "isti izlər"lə tutmaq mümkün olmayıb. Bununla belə qeyd olunur ki, hadisə qurbanları və yaralılar da silahlı olublar.

Mümkün münaqişənin səbəbləri hələ ki, məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi