Yuxarı

Meksikada reaktiv təyyarə qəzası nəticəsində 13 nəfər ölüb - YENİLƏNİB

Meksikada reaktiv təyyarə qəzası nəticəsində 13 nəfər ölüb

Meksikanın şimalında yerləşən Koauila ştatında yerə düşən şəxsi "Bombardier Challenger 601" tipli reaktiv təyyarənin göyərtəsində olan bütün sərnişin və heyət üzvləri ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi regionun İctimai Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Bildirilir ki, təyyarədə 13 nəfər olub və onların hamısı həlak olub. Söhbət 3 heyət üzvü və 10 sərnişindən gedir. Təyyarə Koauila ştatının Okampo bələdiyyəsinin çətin keçiləbilən dağlıq ərazisinə düşüb. Hökumət araşdırmalara başlayıb. İlkin məlumatlara görə, təyyarə qasırğaya düşüb, sonra pilot təcili eniş etməyə çalışıb.


23:30

ABŞ-ın Las-Veqas şəhərindən Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərinə uçan şəxsi "Bombardier Challenger 601" tipli reaktiv təyyarə yoxa çıxıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Milenio" qəzeti yazıb.

Bildirilir ki, təyyarənin pilotu sonuncu dəfə hava gəmisi Koauila ştatının Monklova şəhərindən 280 km məsafədə olan zaman dispetçerlə əlaqə saxlayıb.

Nəşrin məlumatına görə, gəminin göyərtəsində 18 sərnişin və 3 heyət üzvü olub. Onlar mayın 5-də Las-Veqasda meksikalı Saul Alvaresin iştirakı ilə keçirilən qarşılaşmadan qayıdırlarmış.

Təyyarənin axtarışlarına başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi