Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb

Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb Quldurlar otelin polislərin qaldığı güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar
Digər ölkələr
3 Fevral , 2017 00:07
Meksikada quldurlar 8 polis əməkdaşını oğurlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Meksikanın mərkəzi hissəsində silahlı cinayətkarlar 8 nəfəri oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə "El Universal" qəzetinin elektron versiyası xəbər verib.

Məlumatda bildirilir ki, hadisə Puebla ştatındakı oteldə baş verib. Qəzetin bildirdiyinə görə, oğurlananlar federal polisin əməkdaşları ola bilər. Lakin bu xəbər hələlik rəsmən təsdiqlənməyib.

Şahidlərin sözlərinə görə, quldurlar otelin polislərin qaldığı güman edilən nömrəsinə daxil olaraq onlara atəş açıblar. Nəticədə bir neçə nəfər yaralanıb. Bundan sonra cinayətkarlar onları maşınlara əyləşdirərək naməlum istiqamətə aparıblar. 

Son xəbərlər

Orphus sistemi