Meksikada polisə hücum zamanı 4 nəfər həlak olub

Meksikada polisə hücum zamanı 4 nəfər həlak olub Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb
Digər ölkələr
29 Mart , 2017 07:38
Meksikada polisə hücum zamanı 4 nəfər həlak olub
Courtesy İmage

Bakı. 29 mart. REPORT.AZ/ Meksikanın şimalındakı Tamaulipas ştatında cinayətkar qruplaşma üzvləri polis patruluna hücum edib.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə region rəhbərliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, daha 1 nəfər isə yaralanıb. Asayiş keşikçiləri cavab atəşi ilə üç qulduru məhv ediblər.

Hakimiyyət orqanlarının xəbərinə görə, quldurlar avtomatla silahlanıblar. Lakin onların hansı cinayətkar qruplaşmasına məxsus olduqları açıqlanmayıb.

Qeyd edək ki, bu ilin fevralında Tamaulipasın Reynos rayonunda cinayətkarlarla asayiş keşikçiləri arasında silsilə atışmalar baş verib. Asayişi bərpa etmək üçün hakimiyyət orqanları hətta dəniz piyadalarını, quru qüvvələrini və aviasiyanı hərəkətə gətiriblər. 

Son xəbərlər

Orphus sistemi