Yuxarı

Meksikada pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb

Meksikada pirotexnika anbarında partlayış olub, iki nəfər ölüb
Daha 6 nəfər xəsarət alıb

Bakı. 26 iyun. REPORT.AZ/ Meksikanın Tultepek şəhərində yerləşən pirotexnika anbarında partlayış baş verib.

"Report" "Puebla en Linea" portalına istinadən xəbər verir ki, nəticədə azı 2 nəfər həyatını itirib, daha 6 nəfər xəsarət alıb.

Hadisə yerinə fövqəladə xidmətin əməkdaşları cəlb olunub. Partlayışın baş verdiyi əraziyə giriş məhdudlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi