Meksikada naməlum silahlılar polis əməkdaşlarını güllələyib

Meksikada naməlum silahlılar polis əməkdaşlarını güllələyib Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb
Digər ölkələr
12 Avqust , 2017 08:48
Meksikada naməlum silahlılar polis əməkdaşlarını güllələyib

Bakı. 12 avqust. REPORT.AZ/ Meksikada iki polis əməkdaşı naməlum cinayətkarlar tərəfindən öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə Mexiko yaxınlığındakı Ekatepeke şəhərində baş verib. Asayiş keşikçiləri ərazidə patrul xidmətini həyata keçirən zaman iki nəfər onlara atəş açıb.

Hücum edənlər hadisə yerindən qaçaraq gizlənməyə müvəffəq olublar. Hüquq-mühafizə orqanları onların axtarışına başlayıb.

Hələlik insidentin mümkün səbəbləri barədə informasiya yoxdur.

Ekatepekedə 1,6 milyondan çox insan yaşayır. Şəhər Mexiko ətrafında əhalinin daha sıx məskunlaşdığı və təhlükəli yaşayış məntəqələrindən biridir.

Son xəbərlər

Orphus sistemi