Meksikada naməlum şəxslər bara hücum edib, ölənlər var

Meksikada naməlum şəxslər bara hücum edib, ölənlər var Meksikada naməlum silahlılar bara hücum edib.
Digər ölkələr
16 Sentyabr , 2019 08:55
Meksikada naməlum şəxslər bara hücum edib, ölənlər var

Meksikada naməlum silahlılar bara hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Milenio" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Tabasko ştatının paytaxtının yaxınlığındakı Vilyaermos şəhərində baş verib. Silahlı qrup üzvlərinin hücumu zamanı azı 5 nəfər öldürülüb, daha 1 nəfər xəsarət alıb.

Cinayətkarlar bundan sonra ərazidən qaçaraq gizləniblər. Hakimiyyət orqanları hadisə ilə bağlı təhqiqata başlayıblar. 

Cinayətin arxasında hansı qruplaşmanın dayandığı məlum deyil.  

Son xəbərlər

Orphus sistemi