Meksikada hərbi vertolyot qəzaya uğrayıb

Meksikada hərbi vertolyot qəzaya uğrayıb Bakı. 18 iyul. REPORT.AZ/ Meksikanın Hərbi Hava Qüvvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.
Digər ölkələr
18 İyul , 2018 05:27
Meksikada hərbi vertolyot qəzaya uğrayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Meksikanın Hərbi Hava Qüvvvələrinə məxsus vertolyot qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu barədə "Efekto TV" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Oahaka ştatında baş verib. "T6 Texan" vertolyotunun qəzaya uğraması nəticəsində hər iki pilot xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıb.

Qəzanın hərbi hava bazasının yaxınlığında təlim uçuşu zamanı baş verdiyi bildirilir. Vertolyot yerə çırpılmazdan öncə hər iki heyət üzvü katapulta vasitəsilə xilas olublar.

Son xəbərlər

Orphus sistemi