Meksikada gecə klubuna silahlı hücum olub, 15 nəfər ölüb

Meksikada gecə klubuna silahlı hücum olub, 15 nəfər ölüb Bakı. 10 mart. REPORT.AZ/ Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər həyatını itirib.
Digər ölkələr
10 Mart , 2019 00:43
Meksikada gecə klubuna silahlı hücum olub, 15 nəfər ölüb

Bakı. 10 mart. REPORT.AZ/ Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində gecə klubuna silahlı hücum nəticəsində azı 15 nəfər həyatını itirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü yerli hakimiyyət orqanlarına istinadən "Milenio" qəzeti məlumat yayıb.

Bildirilir ki, bir qrup silahlı şəxs "La Playa" gecə klubuna hücum edib və binada olan insanlara atəş açıb. Faciə şahidlərinin sözlərinə görə, hücum zamanı klubda 20-dən çox adam olub. Zərər çəkənlərin vəziyyəti barədə məlumat yoxdur.

Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub, lakin canilər avtomobillə hadisə yerindən qaça biliblər.

Son xəbərlər

Orphus sistemi