Yuxarı

Meksikada fişəng bazarında baş vermiş partlayışda ölənlərin sayı 42-ə çatıb

Meksikada fişəng bazarında baş vermiş partlayışda ölənlərin sayı 42-ə çatıb
Müxtəlif xəsarətlər almış daha 22 nəfər xəstəxanalarda dünyalarını dəyişiblər

Bakı. 26 yanvar. REPORT.AZ/ Meksikada fişəng bazarında baş vermiş partlayışda ölənlərin sayı 42 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məlumata görə, partlayış zamanı yanıq xəsarətləri almış 70 yaşlı qadın paytaxt yaxınlığındakı xəstəxanada dünyasını dəyişib. Hadisə zamanı 20 nəfər partlayışın baş verdiyi ərazidəcə ölüb. Müxtəlif xəsarətlər almış daha 22 nəfər xəstəxanalarda dünyalarını dəyişiblər.

San-Pablito bazarı Meksikada qanuni pirotexniki vasitələrin satıldığı iri ticarət mərkəzidir. Burada 300-dən artıq mağaza fəaliyyət göstərir.

Partlayış 290-dan çox ticarət köşkünü məhv edib. Hadisə zamanı bazarda 2000 adam olub. Onlar katolik mərasimi ərəfəsində pirotexniki vasitələr alırmış.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi