Meksikada fermadan 25 insan meyiti aşkarlanıb

Meksikada fermadan 25 insan meyiti aşkarlanıb Meksikada onlarla insanın meyiti aşkarlanıb.
Digər ölkələr
20 Noyabr , 2019 04:57
Meksikada fermadan 25 insan meyiti aşkarlanıb

Meksikada onlarla insanın meyiti aşkarlanıb.

"Report" "Haber7.com"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qeyd edilir ki, ölkənin güclü narkotik kartellərinin olduğu Halisko əyalətinin Tlajomulko adlı kəndində 52 çantada 25 insan meyiti tapılıb.

Haliskonun prokuroru bildirib ki, meyitlərdən 6-ı onların ailə üzvləri tərəfindən tanınıb.

Məlumata görə, Milli Qvardiya Korpusu Halisko ştatının Tolukilla rayonunda keçirdiyi reyd zamanı 15 nəfərin həbs edilməsinə nail olub. Prokurorluq araşdırmanın davam etdirildiyini bildirib.

Qeyd edək ki, Halisko Meksikanın cinayət hadisələrinin ən yüksək olduğu əyalətlərdən biridir. 

Son xəbərlər

Orphus sistemi