Meksikada daha bir zəlzələ olub

Meksikada daha bir zəlzələ olub Tələfat və dağıntı barəsində məlumat yoxdur
Digər ölkələr
10 Sentyabr , 2017 09:38
Meksikada daha bir zəlzələ olub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Meksika sahillərində, Teauntepek körfəzində 5,7 bal gücündə zəlzələ olub.

"Report"un məlumatına görə, bu barədə ABŞ-ın Geoloji Xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 22:07-də qeydə alınıb. Zəlzələnin episentri Paredon yaşayış məntəqəsindən 80 kilometr cənub-qərbdə, zəlzələ ocağı 53 kilometr dərinlikdə yerləşib.

Hələlik tələfat və dağıntı barəsində məlumat yoxdur.

Qeyd edək ki, bu, son günlər baş vermiş növbəti zəlzələdir. Cümə günü Meksikada 8,2 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi