Yuxarı

Meksikada cinayətkarlarla toqquşmaya 300 polis və ordu qüvvələri cəlb edilib - FOTO

​Meksikada cinayətkarlarla toqquşmaya 300 polis cəlb edilib

Meksikanın Halisko ştatında prokurorluq əməkdaşlarına silahlı hücum edilib.

Bu barədə "Report" "Excelsior"a istinadən xəbər verir. Portalın məlumatına görə, silahlı toqquşma nəticəsində 2 yerli polis əməkdaşı həlak olub, həmçinin 2 cinayətkar öldürülüb, daha 2 nəfər isə yaralanıb. Polis hücum edənlərdən 3-ü saxlayıb və onları prokurorluğa çatdırıb.

Prokurorluq əməkdaşlarına hücumlar eyni zamanda Sapopan və Tlaxomulko bələdiyyələrində baş verib. Hücumlardan biri 1 saat davam edib. Cinayətkarları zərərsizləşdirmək üçün əraziyə vertolyotlar və təxminən 300 polis əməkdaşı, hətta ordu qüvvələrini cəlb etmək lazım gəlib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi