Meksikada cinayətkarlarla hərbçilər arasında silahlı toqquşma olub

Meksikada cinayətkarlarla hərbçilər arasında silahlı toqquşma olub Əraziyə dəniz piyadası, quru qoşun bölmələri və aviasiya cəlb edilib
Digər ölkələr
18 Fevral , 2017 03:43
Meksikada cinayətkarlarla hərbçilər arasında silahlı toqquşma olub

Bakı. 18 fevral. REPORT.AZ/ Meksika hərbçiləri ABŞ-la sərhəddə yerləşən Tamaulipas ştatının Reynosa şəhərində 8 cinayətkarı zərərsizləşdirib.

"Report" xəbər verir ki, şəhərdə silahlı toqquşmalar hələ də davam edir.

"El Universal" qəzetinin məlumatına görə, irimiqyaslı xüsusi əməliyyata dəniz piyadaları ilə yanaşı quru qoşun bölmələri və aviasiya cəlb olunub.

Canilər hüquq-mühafizə orqanları əməkdaşlarına fəal şəkildə müqavimət göstərirlər, həm avtomobillər, həm də yandırılmış təkərlərlə yolları bağlayırlar. Əhali və hərbçilər arasında itki barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi