Meksikada bir gündə 127 qəsdən adamöldürmə faktı qeydə alınıb

Meksikada bir gündə 127 qəsdən adamöldürmə faktı qeydə alınıb Meksikanın hüquq-mühafizə orqanları dekabrın 1-də ölkənin müxtəlif regionlarında 127 qəsdən adamöldürmə faktını qeydə alıb.
Digər ölkələr
3 Dekabr , 2019 08:40
Meksikada bir gündə 127 qəsdən adamöldürmə faktı qeydə alınıb

Meksikanın hüquq-mühafizə orqanları dekabrın 1-də ölkənin müxtəlif regionlarında 127 qəsdən adamöldürmə faktını qeydə alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə federal hokümətin məruzəsinə istinadən "Noticias MVS" radiostansiyası xəbər verib.

Qeyd edilir ki, bu rəqəm ilin başlanğıcından bir gün ərzində qeydə alınan ən yüksək göstəricisi olub. Rəsmi məlumatlara əsasən noyabrda ölkədə hər gün 79 qəsdən adamöldürmə hadisəsi baş verib. Bu il ən çox zorakılıq Quanahuato, Mexiko, Halisko və Herrero ştatlarında müşahidə edilir.

Yanvardan oktyabra qədər ölkədə ümumilikdə 29,5 mindən çox insan qətlə yetirilib. 

Son xəbərlər

Orphus sistemi