Yuxarı

Meksikada bir ailənin 10 üzvü yol qəzasında ölüb

Qəzaya konteynerin yük maşınından yola düşməsi səbəb olub

Bakı. 24 aprel. REPORT.AZ/ Meksikanın Kolima ştatında yol qəzası nəticəsində bir ailənin 10 üzvü həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qəzaya yük maşınından konteynerin yola düşməsi və bir neçə maşına çırpılması səbəb olub.

Ölənlərin hamısı zərər çəkən maşınlardan birinin salonunda olub. Yol qəzası qurbanları arasında 4 uşaq var. Daha 2 nəfər xəsarət alıb.

Traylerin sürücüsü hadisə yerindən qaçıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi