Meksikada barlara hücum nəticəsində 15 nəfər qətlə yetirilib

Meksikada barlara hücum nəticəsində 15 nəfər qətlə yetirilib Bakı. 9 iyul. REPORT.AZ/ Bazar gününə keçən gecə Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərində yerləşən barlara hücum dalğası nəticəsində azı 15 nəfər qətlə yetirilib.
Digər ölkələr
9 İyul , 2018 02:05
Meksikada barlara hücum nəticəsində 15 nəfər qətlə yetirilib

Bakı. 9 iyul. REPORT.AZ/ Bazar gününə keçən gecə Meksikanın Nuevo-Leon ştatının Monterrey şəhərində yerləşən barlara hücum dalğası nəticəsində azı 15 nəfər qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, cəmi altı belə müəssisəyə hucum faktı qeydə alınıb.

Bildirilir ki, daha çox ölüm hadisəsi "Rancho Viejo" barında güllələnmə nəticəsində olub – 9 nəfər. Digər yerlərdə bir və ya iki ziyarətçi öldürülüb, çoxlu sayda yaralanan olub.

Bütün hücumlar demək olar ki, eyni zamanda törədilib.

"Cronica" portalı yazır ki, hücuma məruz qalan barlar "Şimal-şərq" adlanan kartelin nümayəndələrinə məxsusdur, onlara hücum edənlər isə "Körfəz" kartelinin üzvləri olublar. Quldur dəstələri arasında ABŞ-a narkotik maddə keçirtmək uğrunda məkan mübarizəsi gedir.

Son xəbərlər

Orphus sistemi