Meksikada avtobus yük avtomobili ilə toqquşub: 11 ölü, 9 yaralı

Meksikada avtobus yük avtomobili ilə toqquşub: 11 ölü, 9 yaralı Qəzadan sonra hadisə yerinə xilasedicilər cəlb edilib
Digər ölkələr
30 Dekabr , 2016 02:00
Meksikada avtobus yük avtomobili ilə toqquşub: 11 ölü, 9 yaralı

Bakı. 30 dekabr. REPORT.AZ/ Meksikanın şimalında ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə yerli "Diario de Chihuahua" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Çiuaua ştatında, Ximenes və Torreon şəhərləri arasındakı şose yolda baş verib. Belə ki, sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Qəzadan sonra hadisə yerinə sıxılmış avtobusda qalmış sərnişinləri xilas etmək üçün xilasedicilər cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi