​Meksikada atışma nəticəsində 11 nəfər ölüb

​Meksikada atışma nəticəsində 11 nəfər ölüb Polis və quldurlar arasında silahlı insidentlər Rio-Bravo şəhərində baş verib
Digər ölkələr
28 Noyabr , 2015 02:46
​Meksikada atışma nəticəsində 11 nəfər ölüb

Bakı. 28 noyabr. REPORT.AZ/ Meksikada asayiş keşikçiləri ilə quldurlar arasında baş verən atışma nəticəsində 11 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, Tamaulipas ştatının əlaqələndirmə qrupunun məlumatına görə, silahlı toqquşmalardan üçü ABŞ-la sərhəddə yerləşən Rio-Bravo şəhərində qeydə alınıb.

Burada iki polis və beş cinayətkar ölüb. Bununla yanaşı quldurlar şəhərin bir sıra küçələrinin bağlanmasını təşkil ediblər. Onlar polis və ya ordunun cinayət aləminə qarşı əməliyyatlarından qaçmaq üçün tez-tez bu kimi tədbirlərə əl atırlar.

Eyni zamanda ölkənin Qerrero ştatında naməlum şəxslər özünümüdafiə dəstəsinin dörd üzvünə atəş açıblar. Hücum Tistla şəhərində baş verib.

Son xəbərlər

Orphus sistemi