Meksikada arıların hücumu nəticəsində 24 nəfər xəsarət alıb

Meksikada arıların hücumu nəticəsində 24 nəfər xəsarət alıb Onlardan altı nəfəri yanğın xidmətinin əməkdaşlarıdır
Digər ölkələr
25 Fevral , 2018 00:49
Meksikada arıların hücumu nəticəsində 24 nəfər xəsarət alıb

Bakı. 25 fevral. REPORT.AZ/ Meksikanın Halisko ştatının Sapopan şəhərində arı sürüsünün hücumu nəticəsində 24 nəfər xəsarət alıb. Onlardan altı nəfəri yanğın xidmətinin əməkdaşlarıdır.

“Report” "Informador" nəşrinə istinadən xəbər verir ki, bunu şəhərin Mülki Müdafiə və Yanğın Xidmətinin əlaqələndiricisi Serxio Ramires Lopes bildirib.

"Bizə arıların hücumu barədə məlumat daxil olub, hadisə yerinə getdikdə isə artıq xəsarət almış 15 nəfər aşkar etdik", - deyə o əlavə edib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilsedicilər işləyir.

Son xəbərlər

Orphus sistemi