Meksikada ağır yol qəzası baş verib: 3 ölü, 25 yaralı

Meksikada ağır yol qəzası baş verib: 3 ölü, 25 yaralı Hadisəyə səbəb nəqliyyat vasitəsindəki nasazlıq olub
Digər ölkələr
29 Yanvar , 2017 02:42
Meksikada ağır yol qəzası baş verib: 3 ölü, 25 yaralı

Bakı. 29 yanvar. REPORT.AZ/ Meksikada ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.

Məlumata görə, ölkənin paytaxtı yaxınlığındakı Ekatepek şəhərində avtobus sürücüsü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtobus körpüdən aşıb. Qəza zamanı 3 nəfər ölüb, azı 25 nəfər yaralanıb. 

Xəsarət alanlardan 5-nin azyaşlı olduğu bildirilir. Xilasedicilər avtobusun içində qalmış yaralıları çıxarmaq üçün xüsusi texnikadan istifadə edirlər.

İlkin məlumata görə, hadisəyə səbəb nəqliyyat vasitəsindəki nasazlıq olub. 

Prokurorluq faktla bağlı təhqiqat aparır.

Son xəbərlər

Orphus sistemi