Bakı. 29 aprel. REPORT.AZ/ Meksikada 50 avtomobil toqquşub.
"Report" xəbər verir ki, bu barədə "Vanguardia" məlumat yayıb.
Məlumata görə, hadisə Saltilo-Monterre şosesində baş verib. Hadisə zamanı azı 15 nəfər xəsarət alıb.
İlkin məlumata görə, qəzaya dumanlı hava şəraiti və yolun sürüşkənliyi səbəb olub. Hadisə yerinə qəza xidmətinin əməkdaşları gəlib.