Meksikada 4,2 bal gücündə zəlzələ olub

Meksikada 4,2 bal gücündə zəlzələ olub Dağıntı və ya tələfat barədə məlumat yoxdur
Digər ölkələr
15 Oktyabr , 2017 03:21
Meksikada 4,2 bal gücündə zəlzələ olub

Bakı. 15 oktyabr. REPORT.AZ/ Meksikada 4,2 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar Salina-Krus şəhərindən 10 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 7-i və 19-da iki güclü zəlzələ olub. Birinci zəlzələ 8,2, ikinci zəlzələ 7,4 maqnitudada qeydə alınıb. Son məlumatlara görə, 7,4 maqnitudalı zəlzələ zamanı 359 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi