Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib - VİDEO
Meksika Prezidenti qanunsuz miqrant axınına imkan verməyəcəklərini bəyan edib - VİDEOBakı.
20 oktyabr. REPORT.AZ/ Meksika qanunsuz miqrant axınına imkan
verməyəcək
Bakı.
20 oktyabr. REPORT.AZ/ "Meksika qanunsuz miqrant axınına imkan
verməyəcək"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Meksika Prezidenti Enrike Penya Nyeto "Twitter" hesabında paylaşdığı videomüraciətində bildirib.
Onun sözlərinə görə, yalnız viza və lazımi sənədləri olan miqrantların sərhəddən keçməsinə
imkan veriləcək: "Təcavüzkar hərəkətlər həm ölkənin suverenliyini zərbə altında
qoyur, həm də miqrantların özləri, xüsusilə də uşaq, qadın və yaşlılar üçün təhlükə
yaradır".
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp miqrant axınının qarşısını almayacağı təqdirdə, Meksika ilə sərhədə qoşun yeridəcəyini açıqlayıb.