Yuxarı

Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib

Meksika prezidenti ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib

Bakı. 17 sentyabr. REPORT.AZ/ Meksikanın yeni prezidenti Andes Manuel Lopes Obrador ölkəsinin müflis vəziyyətə düşdüyünü bəyan edib. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu səbəbdən əhalinin bütün tələblərinin yerinə yetirməyin mümkün olmayacağını vurğulayıb. 

Ancaq bununla belə, Meksikanın yeni prezidenti seçki kampaniyası zamanı verdikləri bütün vədlərə əməl edəcəklərini söyləyib.

Qeyd edək ki, A.Obrador seçki kampaniyası çərçivəsində təqaüdləri və gənclərə sosial yardımları artırmaq, elektrik enerjisi və benzinin qiymətlərini hazırkı səviyyədə saxlamaq, idarəetmə aparatının isə məsrəflərini ixtisar etmək vədləri vermişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi