Yuxarı

Meksika prezidenti ölkədə çevrilişin qeyri-mümkün olduğunu bildirib

​Meksika prezidenti ölkədə çevrilişin qeyri-mümkün olduğunu bildirib

Meksika prezidenti Andres Manuel Lopes Obrador bildirib ki, ölkədə dövlət çevrilişi etmək qeyri-mümkündür.

"Report"un məlumatına görə, bu barədə o, özünün "Twitter"dəki səhifəsində yazıb. 

"Dəyişikliklər prosesi, hansına ki, mən başçılıq edirəm, əksəriyyətin azad və şüurlu dəstəyini istifadə edir", - deyə Obrador "Twitter"də yazıb.

Onun sözlərinə görə, bu dəstək ölkədə dövlət çevrilişini həyata keçirməyə imkan verməyəcək.

Dövlət başçısı həmçinin 1913-cü ildə prezident Fransisko Maderonun devrilməsini xatırladıb. Obrador qeyd edib ki, indi vəziyyət başqadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi