Yuxarı
    Bağlamaq

    Meksika Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Meksikanın müvafiq orqanları bu ölkənin ərazisinə Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb.

    "Report" xəbər verir ki, bu barədə "El Manana" məlumat yayıb.

    Miqrasiya Milli İnstitutunun nümayəndəsinin sözlərinə görə, ölkə ərazisinə Mərkəzi Amerikadan olan və ABŞ-a getmək istəyən miqrantların sayı 9,47 min nəfərdir. İnstitutun məlumatında bildirilir ki, onlar əsasən Aşağı Kaliforniya, Sonora, VerakrusMexiko ştatlarındadır. 

    Miqrantlar bir neçə dəfə Meksika-ABŞsərhədini qeyri-qanuni keçməyə cəhd göstəriblər. Lakin sərhəd pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi