Meksika kurortunda kanadalı turist qətlə yetirilib

Meksika kurortunda kanadalı turist qətlə yetirilib Bakı. 10 noyabr. REPORT.AZ/ Cümə günü gecə Meksikanın Playya-del-Karmen kurortunda qətlə yetirilən turist Kanada vətəndaşı imiş.
Digər ölkələr
10 Noyabr , 2018 05:54
Meksika kurortunda kanadalı turist qətlə yetirilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Cümə günü gecə Meksikanın Playya-del-Karmen kurortunda qətlə yetirilən turist Kanada vətəndaşı imiş.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Latın Amerikasındakı səfirliyinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bundan əvvəl bir sıra KİV-lər onun rusiyalı turistin olduğunu yazıb.

"Onun üzərindən Kanada pasportu çıxıb", - deyə səfirlikdən bildirilib.

Kanadalı turist yerli sakinlərlə münaqişə zamanı həyatını itirib, lakin hadisənin detalları məlum deyil.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika hərbçiləri Meksika ilə sərhəddə toplaşan miqrantlara atəş aça bilərlər.

Son xəbərlər

Orphus sistemi