Meksika Hondurasın 100-dən çox vətəndaşını ərazisindən çıxarıb

Meksika Hondurasın 100-dən çox vətəndaşını ərazisindən çıxarıb Meksikanın Miqrasiya üzrə Milli İnstitutu Hondurasın 100-dən çox vətəndaşını vətənə yollayıb.
Digər ölkələr
28 Aprel , 2019 07:27
Meksika Hondurasın 100-dən çox vətəndaşını ərazisindən çıxarıb

Meksikanın Miqrasiya üzrə Milli İnstitutu Hondurasın 100-dən çox vətəndaşını vətənə yollayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Bildirilir ki, onlar arasında 63 həddi-buluğa çatmamış yeniyetmə var.

İnstitutun məlumatına görə, ölkədə qalma qaydaların pozulmaları ilə əlaqədar Hondurasın 104 sakini Meksikanın Verakruz ştatından təyyarə ilə vətənə deportasiya edilib. Xidmət bildirib ki, söhbət əsasən ailələrdən gedir.

Mərkəzi Amerika ölkələrinin miqrant karvanları keçən ilin payızından Meksika vasitəsilə ABŞ-a doğru hərəkət etməyə başlayıblar.

Son xəbərlər

Orphus sistemi