Meksika hindilərin qətlinə görə İspaniyadan üzr istəməyi tələb edib

Meksika hindilərin qətlinə görə İspaniyadan üzr istəməyi tələb edib Meksika prezidenti Andres Manuel Lopes Obrador Amerika qitəsinin işğalı zamanı törədilən qətllərə görə yerli xalqlardan üzr istəmək tələbi ilə İspaniya kralı VI Felipeyə məktub ünvanlayıb.
Digər ölkələr
26 Mart , 2019 05:39
Meksika hindilərin qətlinə görə İspaniyadan üzr istəməyi tələb edib

Meksika prezidenti Andres Manuel Lopes Obrador Amerika qitəsinin işğalı zamanı törədilən qətllərə görə yerli xalqlardan üzr istəmək tələbi ilə İspaniya kralı VI Felipeyə məktub ünvanlayıb.

“Report” xəbər verir ki, Lopes Obrador istilaçı Ernan Kortesin Tabaskoda mayalılarla baş verən döyüşün 500-cü ildönümündə Komalkalko ştatının eyniadlı yerində yerləşən piramidaları ziyarət edib və orada videomüraciət qeydə alıb.

"Bu bir işğal idi, bir çox ədalətsizliklər törədildi, bizim indi Amerika kimi bildiyimiz yerdə yaşayan xalqlarımız tabe edildi. İspan Kralına məktub göndərdim və başqa bir məktubu isə Roma Papasına ünvanladım ki, hazırda insan haqları kimi tanınan hüquqların pozulmasına görə yerli xalqlardan üzr istənilsin", - deyə Lopes Obrador bildirib.

İspaniya hökuməti öz növbəsində məktuba cavab verərək Meksikanı 500 il əvvəlki hadisələri müasir dövrün tələbləri ilə qiymətləndirməməyə çağırıb:

"İspanların indiki Meksika torpaqlarına 500 il əvvəl gəlişi müasir mülahizələr əsasında qiymətləndirilə bilməz. Qardaş xalqlarımız bizim ümumi keçmişimizə həmişə qəzəbsiz və konstruktiv baxımdan, ümumi bir mirasa malik azad xalqlar kimi nəzər salmağı bacarıblar".

Son xəbərlər

Orphus sistemi