Yuxarı

Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb

İğtişaş zamanı asayiş keşikçiləri gözyaşardıcı qaz tətbiq edib
© Courtesy İmage

Bakı. 20 iyun. REPORT.AZ/ Bazar ertəsi Meksikanın Nuevo-Leon ştatında yerləşən böyük "Topo-Çiko" həbsxanasında iğtişaşla nəticələnən kütləvi etiraz aksiyası baş verib.

"Report"un xəbərinə görə, qiyama islah müəssisəsinin de-fakto bu yaxınlarda ora gəlmiş xüsusi təhlükəli cinayətkarın nəzarətinə keçəcəyi ilə bağlı yayılan şayiələr səbəb olub.

Regionun təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Aldo Suasua bildirib ki, qiyam və iğtişaşlarda 3 minə yaxın məhbus iştirak edib.

İğtişaş yatırılan zaman hüquq-mühafizə orqanları tərəfindən gözyaşardıcı qaz tətbiq olunub. İki məhbusun travma aldığı bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi