Yuxarı

Meksika çimərliyində naməlum şəxslər turistləri güllələyiblər

Meksika çimərliyində naməlum şəxslər turistləri güllələyiblər
Nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Bakı. 17 aprel. REPORT.AZ/ Meksikanın Akapulko liman şəhəri çimərliyində silahlı şəxslər sahildə gəzişən turistlərə atəş açıblar.

"Report" xəbər verir ki, hücum nəticəsində 2 nəfər ölüb, daha 6-sı yaralanıb.

Məlumata görə, bir nəfər hadisə yerində ölüb, daha bir yaralı qız xəstəxanada keçinib. Yaralılar arasında uşaqlar da var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi