Yuxarı

Meksika ABŞ-dan 100 milyon dollar dəyərində raket və torpedo alacaq

Meksika ABŞ-dan 100 milyon dollar dəyərində raket və torpedo alacaq
Hökumət bu silah-sursatı Niderlandda inşa olunan hərbi gəmiyə yerləşdirəcək

Bakı. 7 yanvar. REPORT.AZ/ Meksika hökuməti ABŞ-dan dəyəri 98,4 milyon dollar olan silah-sursat alacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yanvarın 6-da "El Universal" nəşri yazıb.

Meksika 6 ədəd gəmi əleyhinə "Harpoon" raketi, 23 raket əleyhinə mdafiə raketi və 6 ədəd sualtı gəmi əleyhinə "MK54" torpedosu, onların buraxılması və saxlanılması üçün qurğu, həmçinin böyük kalibrli sursat istəyib.

Yerli hökumət bu silah-sursatı tikintisinə 2017-ci lin avqustunda Niderlandda başlanan "Siqma 10514" hərbi gəmisinə yerləşdirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi