​Məkkədəki qəzada ölənlərin ailələrinə veriləcək təzminatın məbləği açıqlanıb

​Məkkədəki qəzada ölənlərin ailələrinə veriləcək təzminatın məbləği açıqlanıb Xəsarət alanlara isə yaralanma dərəcələrinə görə təzminat veriləcək
Digər ölkələr
15 Sentyabr , 2015 16:43
​Məkkədəki qəzada ölənlərin ailələrinə veriləcək təzminatın məbləği açıqlanıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində Məscidül-Haramda baş verən qəza nəticəsində həyatlarını itirənlərin ailələrinə 80 min dollar məbləğində təzminat veriləcək.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilib ki, xəsarət alanlara isə yaralanma dərəcələrinə görə təzminat veriləcək. Bunun məbləğini Səudiyyə Ərəbistanının məhkəmələri müəyyənləşdirəcək. 

Qeyd edək ki, sentyabrın 11-da Məkkədə Məscidül-Haramda qaldırıcı kran aşıb. Ərazidə aparılan təmir işlərində istifadə olunan kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 zəvvar yaralanıb. 

Son xəbərlər

Orphus sistemi