Meksikada bazarda atışma olub: 6 ölü

Meksikada bazarda atışma olub: 6 ölü Faktla bağlı araşdırma aparılır
Digər ölkələr
5 Yanvar , 2017 05:58
Meksikada bazarda atışma olub: 6 ölü

Bakı. 5 yanvar. REPORT.AZ/ Meksikanın kurort şəhəri Akapulkonun ərzaq bazarında silahlı insident baş verib.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib.

Məlumatda bildirilir ki, naməlum şəxslərin açdığı atəş nəticəsində 6 nəfər həlak olub. Herrero ştatının təhlükəsizlik orqanlarının məlumatında bildirilir ki, bazarda atəş açanlar 3 nəfər olub.

Atəş nəticəsində beş nəfər hadisə yerindəcə ölüb. Hadisə zamanı ağır xəsarət almış bir qadın isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi