Yuxarı

MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq

​MDB DİN rəhbərlərinin növbəti görüşü Daşkənddə olacaq

MDB Daxili İşlər Nazirləri Şurasının növbəti görüşü 30 may – 1 iyun tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə respublikanın DİN nümayəndəsinə istinadən RİA "Novosti" məlumat yayıb.

Bu gün Daşkənddə Birlik ölkələrinin hüquq-mühafizə orqanları ekspertlərinin müşavirəsi olub. İştirakçılar Şuranın iclasına hazırlıq məsələlərini müzakirə ediblər.

İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi