​“Mcdonald's” 700-ə yaxın restoranını bağlayır

​“Mcdonald's” 700-ə yaxın restoranını bağlayır Şirkətin gəlirləri 36,6% aşağı düşüb
Digər ölkələr
25 Aprel , 2015 20:43
​“Mcdonald's” 700-ə yaxın restoranını bağlayır

Bakı. 25 aprel. REPORT.AZ/ “McDonald’s” dünya üzrə restoranlarının 2%-ə qədərini bağlayır.

“Report” xəbər verir ki, sürətli qidalanma şəbəkəsinin rəhbərliyi son rüb ərzində satış həcmləri haqqında əldə olunan məlumatlardan sonra belə bir qərar qəbul edib.

Belə ki, ABŞ-da ötən rüb ilə müqayisədə satış 2,6% aşağı düşüb. Şirkətin mənfəəti 36,6% azalaraq 811 mln. dollar olub.

Ümumilikdə, əsasən Yaponiya və Çində olmaqla 700-ə yaxın restoran bağlana bilər.

Son xəbərlər

Orphus sistemi