Mayorka adasında mehmanxana yanıb, xeyli sayda zəhərlənən var

Mayorka adasında mehmanxana yanıb, xeyli sayda zəhərlənən var İspaniyanın Mayorka adasındakı üç ulduzlu “Whala Beach” hotelində yanğın baş verib.
Digər ölkələr
2 İyul , 2019 14:50
Mayorka adasında mehmanxana yanıb, xeyli sayda zəhərlənən var

İspaniyanın Mayorka adasındakı üç ulduzlu “Whala Beach” hotelində yanğın baş verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, yanğın zamanı mehmanxananın 678 turisti və yaxınlıqdakı başqa bir hotelin də 136 müştərisi təxliyyə olunub.

Tüstüdən zəhərlənən 67 nəfərə ilk tibbi yardım göstərilib, onlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb olunan yanğınsondürmə briqadaları alovu tez bir zamanda söndürüblər.

Son xəbərlər

Orphus sistemi