Yuxarı

ABŞ və KXDR yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb

Maykl Pompeo tezliklə Kim Yon Çxolla danışıqlar aparacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ ABŞKoreya Xalq Demokratik Respublikası (KXDR) yüksək səviyyəli yeni görüşə hazırlığı başa çatdırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın "The Chosun Ilbo" qəzeti məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın dövlət katibi Maykl Pompeo tezliklə Koreyanın Əmək Partiyasının Vahid cəbhəsinin şöbə müdiri Kim Yon Çxolla danışıqlar aparacaq. Məlumata görə, tərəflər indi qarşıdakı görüşə son hazırlıqları başa çatdırır.

Şəxsi diplomatik mənbələrə istinad edən nəşr bildirib ki, danışıqlar Vaşinqtonda olacaq. Kim Yon Çxolun Pompeodan başqa, həmçinin ABŞ prezidenti Donald Trampla da görüşü planlaşdırılır. 

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik RespublikasıABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi