Maykl Pompeo: "ABŞ İŞİD-in 99 faizini məhv edib"

Maykl Pompeo: "ABŞ İŞİD-in 99 faizini məhv edib" Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının 99 faizini məhv edib.
Digər ölkələr
8 Yanvar , 2019 07:45
Maykl Pompeo: ABŞ İŞİD-in 99 faizini məhv edib
Mayk Pompeo

Bakı. 8 yanvar. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib ki, Birləşmiş Ştatlar İŞİD terror qruplaşmasının 99 faizini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

"Biz xilafətin 99%-ni məhv etdik... Hər bir xəbər materialı bununla başlamalıdır. Düzdür? Hamınız razısınız?" — deyə Pompeo bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq regionunda apardığı kampaniya son dərəcə uğurludur.

Ötən il dekabrın 19-dan etibarən ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb.

Son xəbərlər

Orphus sistemi