Maykl Pens ABŞ dövlət katibini Trampı axmaq adlandırdığına görə istefaya getmək fikrindən çətinliklə döndərib

Maykl Pens ABŞ dövlət katibini Trampı axmaq adlandırdığına görə istefaya getmək fikrindən çətinliklə döndərib NBC telekanalı bu hadisənin Milli Təhlükəsizlik Şurasının iyulun 20-də Pentaqonda keçirilən iclasında baş verdiyini bildirib
Digər ölkələr
4 Oktyabr , 2017 18:39
Maykl Pens ABŞ dövlət katibini Trampı axmaq adlandırdığına görə istefaya getmək fikrindən çətinliklə döndərib
REUTERS / Mark Makela

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Maykl Pens dövlət katibi Reks Tillersonu istefaya getmək fikrindən çətinliklə döndərib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı administrasiyadakı çoxsaylı mənbələrinə istinadən məlumat yayıb. 

NBC telekanalı bu hadisənin Milli Təhlükəsizlik Şurasının iyulun 20-də Pentaqonda keçirilən iclasında baş verdiyini bildirib.

Məlumatda vurğulanıb ki, R.Tillerson Ağ Evdə Milli Təhlükəsizlik Şurasının (MTŞ) digər üzvlərinin yanında Donald Trampı axmaq adlandırıb və dövlət başçısı ilə bir sıra daxili-siyasi məsələlərdə fikir ayrılığına görə postundan könüllü gedəcəyi ilə hədələyib.

Son xəbərlər

Orphus sistemi