Mayk Pompeonun Hindistana səfəri başlayıb - FOTO

Mayk Pompeonun Hindistana səfəri başlayıb - FOTO ABŞ dövlət katibi Mayk Pompeonun Hindistana ikigünlük səfəri başlayıb.
Digər ölkələr
25 İyun , 2019 13:54
Mayk Pompeonun Hindistana səfəri başlayıb - FOTO

ABŞ dövlət katibi Mayk Pompeonun Hindistana ikigünlük səfəri başlayıb.

“Report” NDTV-ə istinadən xəbər verir ki, səfər zamanı ikitərəfli münasibətlərdən, ticarət rüsumlarından tutmuş Hindistanın Rusiyadan “S-400” raket sistemləri satın almaq planlarınadək müxtəlif məsələlərin müzakirə olunacaq. Səfərə qarşı müxtəlif solçu partiyalar etiraz aksiyası təşkil edib.

Qeyd edək ki, bu il iyunun 1-dən ABŞ Prezidenti Donald Tramp Administrasiyasının 6,3 milyard dollarlıq Hindistan mallarını əhatə edən ticarət imtiyazlarını ləğv etməsi nəticəsində bu ölkənin ixracatı 250 milyon dollaradək azalıb. Buna cavab olaraq Hindistan hökuməti də iyunun 16-dan ABŞ-ın 28 adda məhsuluna qarşı 120 faizədək rüsum tətbiq edib.

“Quartz” xəbər verir ki, 2019-cu maliyyə ili ərzində İrandan 23,5 milyon ton neft idxal edən Hindistan ABŞ hökuməti tərəfindən sözügedən ölkəyə qarşı sanksiyalarından verdiyi möhlət aprel ayında başa çatdıqdan sonra başqa mənbələr axtarışına başlayıb. 

İyunun 12-də ABŞ – Hindistan İşgüzar Şurası Sənaye Qrupunun Vaşinqtonda keçirilmiş iclasında ABŞ dövlət katibi M.Pompeo Hindistanın “bundan sonra Venesuela və İrandakı kimi çətin rejimlərə arxalanmaması” üçün bu ölkənin əsas xam neft və təbii qaz təchizatçısına çevrilməsi imkanına malik olduqlarını vurğulamışdı.

Son xəbərlər

Orphus sistemi