Yuxarı

Mayk Pompeo: "Liviyada münaqişənin həllində Rusiya ilə birgə çalışmaqda maraqlıyıq"

Mayk Pompeo: Liviyadakı münaqişənin həllində Rusiya ilə çalışmaq istər

ABŞ Liviyadakı münaqişənin həlli üçün Rusiya ilə birgə çalışmaqda maraqlıdır.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə mətbuat konfransı zamanı ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

O, ötən gün rusiyalı həmkarı Sergey Lavrovla Liviyaya dair silah embarqosu barədə söhbət etdiklərini də diqqətə çatdırıb.

Dövlət katibi həmçinin ötən ay ABŞ-a məxsus pilotsuz uçuş aparatının yoxa çıxmasına dair şərh vermək istəməyib.

Xatırladaq ki, ABŞ bu dronun əslində Rusiya hava müdafiə qüvvələri tərəfindən vurulduğu qənaətindədir. Vaşinqton dronun qalıqlarını təhvil vermək tələbini irəli sürüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi