Yuxarı

Mayami məktəbində qaz sızması zamanı 14 nəfər zəhərlənib

Mayami məktəbində qaz sızması zamanı 14 nəfər zəhərlənib
Zərərçəkənlərin hamısı məktəb əməkdaşlarıdır

Bakı. 19 oktyabr. REPORT.AZ/ Mayami məktəblərindən birində baş verən qaz sızması nəticəsində 14 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hazırda məktəb yeməkxanası və ona bitişik ərazilər təxliyyə edilib.

Hadisə yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub.

Zərərçəkənlərin hamısı məktəb əməkdaşlarıdır. Onların arasında yeniyetmə yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi