Matteo Rentsi İtaliyanın hakim partiyasının rəhbəri postundan istefa verib

Matteo Rentsi İtaliyanın hakim partiyasının rəhbəri postundan istefa verib O, bundan əvvəl referendum nəticəsində baş nazir postunu itirmişdi
Digər ölkələr
19 Fevral , 2017 21:08
Matteo Rentsi İtaliyanın hakim partiyasının rəhbəri postundan istefa verib

Bakı. 19 fevral. REPORT.AZ/ İtaliyanın sabiq baş naziri Matteo Rentsi ölkənin hakim Demokrat Partiyasının katibi vəzifəsindən istefa verib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu o, partiya milli assambleyasının Romada keçirilən iclasında bəyan edib.

"Parçalanma"dan da pis yeganə söz "şantaj"dır….Məndən getməyimi istəyirlər, bu demokrati deyil", — deyə o bildirib və yenidən seçilmək üçün mübarizə aparacağını əlavə edib.

Matteo Rentsi bundan əvvəl referendum nəticəsində baş nazir postunu itirib.

Son xəbərlər

Orphus sistemi