Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən ayrılacağını bəyan edib

Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən ayrılacağını bəyan edib O, Almaniyanın siyasi həyatına geri qayıdacağını bildirib
Digər ölkələr
24 Noyabr , 2016 14:28
Martin Şults Avropa Parlamentinin sədri vəzifəsindən ayrılacağını bəyan edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Avropa Parlamentinin sədri Martin Şults bu postda növbəti müddət üçün seçkilərdə namizəd olmayacağını bəyan edib.

"Report" "Euronews"a istinadən xəbər verir ki, M.Şults Almaniyanın siyasi həyatına geri qayıdacağını bildirib.

"Avropa Parlamentinin sədri vəzifəsinə yeni seçkilərdə namizədliyimi irəli sürməməyi qərara almışam. Gələn il Almaniya parlamentinə keçiriləcək seçkilərdə iştirak edəcəyəm. Bundestaqa seçkilərdə Şimali Reyn-Vestfaliyada partiyamın seçici siyahısına başçılıq edəcəyəm" -  M.Şults vurğulayıb.

Son xəbərlər

Orphus sistemi