Yuxarı

Marseldə insanlara bıçaqla xəsarət yetirən şəxs ölüb

Bakı. 20 fevral. REPORT.AZ/ Fransanın Marsel şəhərində bıçaqla insanlara hücum edərək, iki nəfərə xəsarət yetirən kişi, aldığı yaralardan xəstəxanada keçinib.

“Report” xəbər verir ki, bu barədə şəhər polisindəki mənbəyə istinadən BFMTV məlumat yayıb.

Bildirilir ki, polislər zərərsizləşdirmək üçün ona atəş açıblar, nəticədə kişi, ağır güllə yarası alıb.

Hücum edənin şəxsiyyəti müəyyənləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi