Mark Sukerberqin Avropa Parlamenti dinləmələrində cavabları deputatları qane etməyib

Mark Sukerberqin Avropa Parlamenti dinləmələrində cavabları deputatları qane etməyib Bakı. 23 may. REPORT.AZ/ Avropa Parlamenti (AP) fraksiyalarının deputatları Facebook şirkətinin rəhbəri Mark Sukerberqin çərşənbə axşamı AP-nin Vətəndaş azadlığı, ədliyyə və daxili işlər komitəsində keçirilən xüsusi dinləmələrdəki çıxışından narazı qalıblar.
Digər ölkələr
23 May , 2018 05:59
Mark Sukerberqin Avropa Parlamenti dinləmələrində cavabları deputatları qane etməyib

Bakı. 23 may. REPORT.AZ/ Avropa Parlamenti (AP) fraksiyalarının deputatları "Facebook" şirkətinin rəhbəri Mark Sukerberqin çərşənbə axşamı AP-nin Vətəndaş azadlığı, ədliyyə və daxili işlər komitəsində keçirilən xüsusi dinləmələrdəki çıxışından narazı qalıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

"Mən sizə "bəli" və "xeyir" cavabı verməli olduğunuz altı sual verdim, lakin heç bir cavab almadım. Siz əbəs yerə məhz belə bir format istəmədiniz. Bu hələ son deyil", - deyə AP-də "Yaşıllar" fraksiyasının həmsədri Filipp Lambert bildirib və deputatların daha bir dinləmənin keçirilməsini israr edəcəyini söyləyib.

"Həmkarlarım tərəfindən verilən bir sıra suallar qalır ki, mən onlara cavab almaq istəyirəm", - deyə dinləmələrin sonunda Avropa liberalları fraksiyasının lideri Gi Verxofstadt bildirib.

Avropa Parlamentinin sədri Antonio Tayani öz növbəsində parlamentariləri əmin edib ki, "Facebook" yaxın bir neçə gün ərzində hər suala yazılı şəkildə cavab verməli olacaq.

Mark Sukerberq Avropa Parlamentinə "Facebook"un "The New York Times" qəzetinin məqaləsindən sonra səs-küylü qalmaqal mərkəzinə düşüb. Məqalədə sosial şəbəkənin öz istifadəçiləri haqqında məlumatları "Cambridge Analytica" şirkətinə ötürdüyü qeyd olunmuşdu. Müxtəlif məlumatlara görə, söhbət 87 milyon nəfərin şəxsi məlumatlarının ötürülməsindən gedir.

Son xəbərlər

Orphus sistemi