Yuxarı

Mark Endryu Qrin USAID-in yeni administratoru kimi təsdiqlənib

Mark Endryu Qrin USAID-in yeni administratoru kimi təsdiqlənib
ABŞ Senatı prezident Donald Trampın namizədliyini irəli sürdüyü şəxsin təyinatını təsdiq edib

Bakı. 4 avqust. REPORT.AZ/ ABŞ Senatı Mark Endryu Qrini ABŞ Beynəlxalq Yardım Agentliyinin (USAID) yeni administratoru kimi təsdiq edib.

"Report" xəbər verir ki, onun namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürüb.

O, bu postda yanvarın 20-də ABŞ-ın əvvəlki prezidenti Baraka Obamanın səlahiyyətlərinin başa çatması ilə missiyasını tamamlayan Geyli Smiti əvəz edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi