Mərkəzi Afrika Respublikasında həftə ərzində üçüncü BMT sülhməramlısı öldürülüb

Mərkəzi Afrika Respublikasında həftə ərzində üçüncü BMT sülhməramlısı öldürülüb Hadisə sülhməramlılar Koi şəhərindən qayıdan zaman baş verib
Digər ölkələr
6 Yanvar , 2017 23:10
Mərkəzi Afrika Respublikasında həftə ərzində üçüncü BMT sülhməramlısı öldürülüb

Bakı. 6 yanvar. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında bir qrup silahlı şəxsin hücumu nəticəsində həftə ərzində üçüncü BMT sülhməramlısı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü təşkilatın baş katibinin rəsmi nümayəndəsi Stefan Döjarrik məlumat verib.

"BMT sülhməramlıları Uam-Pende perfekturasındakı Koi şəhərində patrul xidmətindən sonra geri qayıdırlarmış, bu zaman onlara təqribən 50 silahlı şəxs hücum edib. Nəticədə Banqladeşdən olan bir sülhməramlı ölümcül yaralanıb", - deyə Döjarrik bildirib.

Yanvarın 4-də BMT-nin Obo şəhərinə yanacaq daşıyan avtomobil karvanına yaraqlıların hücumu nəticəsində iki məkareşli sülhməramlı ölüb, daha ikisi yaralanıb.

Son xəbərlər

Orphus sistemi